Ötən həftə 446 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən
həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, aprelin 11-dən 16-dək
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59,
tank əleyhinə 66 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi
sursatlardan təmizlənib.

Teqlər: