“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – Amerika sənayesində böyümə və dollar

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Amerikanın sənaye sektoruna dair fundamental göstəricilərin
müsbət açıqlanmasından sonra EURUSD məzənnəsinin enməkdə davam
edəcəyi proqnozları güclənib. Təhlillərə əsasən, avro 1.06$-a kimi
ucuzlaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da
Avrozonada sənaye sektorunda işgüzarlığı ölçən indeksin (PMI)
açıqlanması da investorlar tərəfindən böyük maraqla gözlənilir.

GBP.

GBPUSD məzənnəsi fonunda ehtimallar da trendin 1.29$-a kimi
davam edəcəyi istiqamətindədir.

Cümə günü saat 12:30-da İngiltərənin də sənaye sektoru ilə bağlı
indeks açıqlanacaqdır.

TRY.

Türkiyədən inflyasiya göstəricilərinin proqnozların altında dərc
edilməsi, lirənin ucuzlaşmasının qarşısını alıb, çünki bu,
inflyasiyanın yenidən azala biləcəyinə işarədir.

Belə iqtisadi şəraitin formalaşması ilə lirə də 14TL-yə kimi
bahalaşa bilər.

OIL.

Enerji birjalarında “OPEC”-in təklifi artıra bilməyəcəyi
açıqlamasından sonra Brent neftində yuxarı yönlü dalğalanma
başlayıb və bu, bir barelin yenidən 124$-a yüksəlməsinə səbəb ola
bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

İnflyasiyanın artmaqda davam etməsi qızıla olan tələbi də
artırır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 2021$-a (65
$/qram) kimi dəyər qazana bilər. Həftə ərzində Amerika və Avropa
mərkəzi bank sədrlərinin, xüsusilə gələcək pul siyasətlərinə dair
çıxışları da önəmli rol oynayacaqdır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika
Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Teqlər: