Tovuzda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Mayın 5-i saat 18 radələrində Tovuz rayonu, Əyyublu kənd sakini
1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il
təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla
xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: