Ötən gün 89 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki
dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat
xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Teqlər: