Bank Respublika 30 yaşı münasibətilə mikro kredit faizlərində 30 faiz endirim elan edib

Bu il 30-cu ildönümünü qeyd edən Bank Respublika, sahibkarlar
üçün mikro və aqro kreditlər üzrə yeni kampaniyaya start verib.

Belə ki, kampaniya çərçivəsində Bank Respublikaya müraciət edən
iş adamları, mikro və aqro kredit faizlərində 30%
ENDİRİM
əldə edə biləcək!

İyun ayının 17-dək davam edəcək kampaniya çərçivəsində banka
müraciət edən sahibkarlar mikro və aqro kreditləri aşağıdakı
şərtlərlə əldə etmək imkanı qazanacaq:

  • Faiz dərəcəsi – min. 10%;
  • Məbləğ – 50.000 AZN;
  • Müddət – 36 ayadək;
  • Komissiya – 0%;
  • Zamin – tələb olunmur;
  • Güzəşt müddəti – 9 ayadək.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti
sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına
təqdim olunur.

“Bank Respublika”da kredit götürmənin digər üstünlükləri çevik
rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn
olaraq Bank Respublika”nın
rəsmi saytından
, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən
istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit”
yazıb göndərərək sifariş edə bilərlər.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş
aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın
ən böyük maliyyə institutu – Sparkassen International Development
Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank
Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən
birinə – “Müsbət” proqnozlu “B3” reytinqinə (Moody’s) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Teqlər: