Tokioda “Quad” lidelərinin sammiti başalyıb

Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu
Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad) liderlərinin sammiti
başlayıb.

Trend bu barədə “NHK” telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, danışıqların əsas mövzuları regional
təhlükəsizlik, dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi və açıq
Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi olacaq.
Sammit iştirakçıları Pekinin Şərqi Çin və Cənubi Çin dənizlərindəki
hərəkətlərini, həmçinin Şimali Koreyanın raket proqramının
aktivləşməsini müzakirə edə bilərlər.

Həmçinin, “Quad” ölkələrinin lideləri COVID-19, iqlim
dəyişikliyi ilə mübarizə məsələlərinə toxuna, regionda qeyri-qanuni
balıq ovu ilə bağlı məlumat mübadiləsi təşəbbüsü ilə çıxış edə,
həmçinin kosmosda qarşılıqlı fəaliyyətin yeni formasını yarada
bilərlər.

Hazırkı görüş “dördlüyün” ikinci əyani sammitidir, birincisi
2021-ci ilin sentyabrında Vaşinqtonda keçirilib.