“Quad” liderlərlərinin növbəti sammiti Avstraliyada keçiriləcək

2023-cü ildə Avstraliya, Hindistan, ABŞ və Yaponiya liderlərinin
görüşünün Avstraliya ərazisində keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə hazırda Tokioda “Quad”
(Dördtərəfli Təhlükəsizlik Dialoqu – red.) sammitində iştirak edən
Avstraliyanın baş naziri Entoni Albaneze özünün “Twitter”
səhifəsində yazıb.

“Biz “Quad” tərəfdaşlığına və azad, açıq Hind-Sakit okeanı
regionuna sadiqliyimizi bir daha təsdiqlədik. 2023-cü ildə “dördlük” liderlərinin sammitinin Avstraliyada keçirilməsini
səbirsizliklə gözləyirəm”, – deyə baş nazir bildirib.