Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə
görüşüb.

Görüşün yekunları üzrə yaxın günlərdə dövlətlərarası sərhəddə
sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə
iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu iclasda
sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə
təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Həmçinin
Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən
Ermənistanın müxtəlif hissələri arasında tranzitlər, habelə hər iki
ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq
nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılıq
əladə edilib. Tərəflər həmçinin Ermənistan ilə Azərbaycan arasında
dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişi dair
müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın
həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə
heyətləri bu prosesi davam etdirəcəklər.

Bu razılaşmaları Trend-ə şərh edən Avropa Siyasət Mərkəzinin siyasi
məsələlər üzrə analitiki Amanda Pol bildirib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və
Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələri
gələcək sülh sazişi yolunda növbəti müsbət addımdır.

“Düşünürəm ki, görüş çox ümidvericidi oldu və Şarl Mişelin
mətbuata bəyanatı daha öncə oxşar görüşlərdən sonra etdiyi hər üç
bəyanatda ən anlamlısı oldu”, – deyə A.Pol bildirib.

Onun sözlərin görə, məhz bu görüş Azərbaycan və Ermənistan
arasında davam edən sülh prosesində əldə edilmiş irəliləyişi
müşahidə etmək imkanı verir.

“Bu, Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan və Aİ
Şurasının Prezidenti Şarl Mişel arasında üçüncü belə görüş olub.
Biz irəliləyişi görürük. Müzakirələr daha məzmunlu xarakter alıb,
tərəflər sülhü təşviq etmək üzrə getdikcə daha ciddi öhdəliklər
götürürlər”, – deyə analitik bildirib.

Məsələn, o qeyd edib ki, bu öhdəliklərdən biri sərhəd
komissiyalarının ilk birgə iclasının vaxtı ilə bağlı razılaşma,
eləcə də gələcək sülh sazişinin müzakirəsinin təşviqinə dair
razılaşma olub.

“Aİ indi müharibədən sonrakı dövrdə sülh sazişinin əldə
edilməsi, sülh istiqamətində addımlar və uzunmüddətli davamlı sülh
baxımından mərkəzi rol oynayır”, – deyə A.Pol bildirib.

Öz növbəsində israilli hüquqşünas, beynəlxalq hüquq və
beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Trend-ə bildirib ki, bu
danışıqların lokomotivi, aparıcı qüvvəsi Azərbaycan Prezidenti
İlham Əliyevdir.

“Azərbaycan Prezidenti bütün dünyaya göstərdi ki, o, əsl
sülhməramlıdır. O, yaxın zamanda sülh müqaviləsinin imzalanmasının
zəruriliyi bildirirdi və bunun üçün mümkün və -qeyri-mümkün hər
şeyi edirdi. Heç kimə sirr deyil ki, Azərbaycan Prezidenti ölkənin
Xarici İşlər Nazirliyinə, bütün köməkçilərinə, bütün məmurlara
bütün lazımi göstərişləri verib ki, sülh müqaviləsinin imzalanması
üçün bütün lazımi sənədlər hazırlansın”, – deyə M.Finkel
bildirib.

İsrailli hüquqşünas vurğulayıb ki, Ermənistanda, eyni zamanda,
tamamilə əks əhval mövcuddur.

“Biz görürük ki, Ermənistan cəmiyyəti və Yerevanda minlərlə
insanı toplayan mitinqləri təşkil edən müxalifət hər vasitə ilə bu
sülh sazişinin imzalanmasını pozmağa çalışır. Prezident İlham
Əliyevin təşəbbüslərinin öz dövrünü, qonşuların baxışını necə
qabaqladığını görürük. Ermənistanda insanlar başa düşmürlər ki,
onların başqa seçimləri yoxdur və Ermənistanı hazırda düşdüyü
dəhşətli iqtisadi, siyasi və demoqrafik böhrandan çıxara biləcək
yeganə şey sülh sazişidir”, – deyə M.Finkil bildirib.

Ekspertin sözlərinə görə, döyüş meydanında məğlub olan
Ermənistan tərəfi öz təqsiri üzündən diplomatik danışıqlar
meydanında da məğlub ola bilər.

Teqlər: