Tikinti materialları bazarında qiymətlər stabilləşib – Ekspert

Tikinti materialları bazarında qiymətlər stabilləşib.

Bunu Trend
əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarında
Ukrayna-Rusiya arasında baş verən müharibəyə görə, qiymət artımları
baş verdi.

“Müharibə ölkəmizdə tikinti materialları bazarında da qiymətlərə
təsir edib. Belə ki, ölkəmizə tikinti materialları əsasən Ukrayna
və Rusiyadan idaxal olunur. Müharibəyə görə materialların
göndərilməsində məhdudiyyətlər yarandığından qiymətlər sürətlə
bahalaşmışdı. Aprelin 10-dan tikinti bazarlarında qiymətlərin
stabilləşməsi müşahidə edilir. Belə ki, taxta və bəzi malların
qiymətində azalma olmasa da qiymətlər sabit qalıb. Qiymətlərin
stabilləşməsinin əsas səbəbi tələbin qismən aşağı düşməsiylə
bağlıdır. Ayın axrına doğru qiymətlərin dəyişib-dəyişməyəcəyi
proseslərdən aslı olacaq. “,- deyə ekspert bildirib.

Teqlər: