Kapital Bank sahibkarlara və şirkətlərə yeni API portalını təqdim edib

Kapital Bank yeni açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi)
portalını istifadəyə verdi. Yeni portal vasitəsilə sahibkarlar və
şirkətlərə öz sistemləri ilə Kapital Bank arasında inteqrasiyanı
təmin edərək, bizneslərini və bank əməliyyatlarını rahat şəkildə
bir mənbədən idarə edə biləcəklər.

Biznes sahibləri Kapital Bank-ın API portalını öz sistemlərinə
qoşmaqla, hesab üzrə qalıq sorğusu, çıxarışlar, ölkədaxili və
beynəlxalq köçürmələr, əməkhaqqı kartlarının sifarişləri və
mədaxillər, həmçinin bu kimi digər xidmətlərdən öz proqram
təminatlarında faydalanmaq imkanını əldə edirlər. Kapital Bank-ın
açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən
istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz
şəkildə təklif olunur. APİ məhsullar haqda məlumat əldə etmək üçün
http://api.kapitalbank.az/
linkinə keçid etmək lazımdır.

Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni
asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu
bankları tərəfindən aktiv şəkildə istifadə olunur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi — 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün — https://kbl.az/krdt,
BirKart sifarişi üçün —https://kbl.az/tkstcrd.

Teqlər: