Avtomobil Yolları Dövlət Agentliyində keçirilən yoxlamaların nəticəsi açıqlanıb

Hesablama Palatası Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyində keçirdiyi yoxlamaların nəticəsini açıqlayıb.

AzerTimes-ın məlumatına görə, Hesablama Palatasının ötən ilki
fəaliyyəti haqqında hesabatda bildirilir ki, Maliyyə Nazirliyinin
dövlət qurumlarına təqdim etdiyi, “hesabatların formaları və
onların təqdim edilməsi Qaydası”na 6 nömrəli Əlavəyə görə,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə vahid
xəzinə hesabının qalığı 31.12.2019-cu il tarixinə 29,2 milyon
manat, 31.12.2020-ci il tarixinə isə 49,8 milyon manat təşkil etsə
də, bu qalıq “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun növbəti
ildəki gəlirlərinə aid edilməyib.

Statistik hesabatların təhlili göstərir ki, son illər qurumun
təmir etdiyi avtomobil yollarının uzunluqlarında azalma müşahidə
olunur. 2017-ci ildə 1 202,1 km təşkil etdiyi halda, 2018-ci ildə
bu göstərici 108,6 km, 2019-cu ildə 97,1 km və 2020-ci ildə isə
105,6 km olub. 2020-ci ildə təmir olunmuş avtomobil yollarının
uzunluğu 2019-cu illə müqayisədə 8,5 km-dən çox olmasına
baxmayaraq, əvvəlki illərə nisbətən bunun əksinə olaraq 2018-ci ilə
nisbətən 3 km, 2017-ci illə müqayisədə isə 1 096,6 km az olub.

Teqlər: