Tərtərdə kafe yanıb

Tərtər rayonunun İsmayılbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: