Avro-2020: Macarıstan yığması Fransa millisi ilə heç-heçə edib

İyunun 19-da futbol üzrə Avropa çempionatının F qrupunda yer alan Macarıstan və Fransa yığmaları qarşılaşıblar.

Trend xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Qolları macarlar tərəfdən Attila Fiola (45+2), fransızlar tərəfdən isə Antuan Qrizman (66) vurblar.

Son turda Fransa Portuqaliyaya qarşı oynayacaq, Macarıstan Almaniya ilə qarşılaşacaq. Hər iki matçın 23 iyunda keçirilməsi planlaşdırılır.

Teqlər: