“TEKNOFEST Azərbaycan” festivalının proqramında dəyişiklik edilib

28 may tarixi üzrə “TEKNOFEST Azərbaycan”a bilet əldə etmiş
izləyicilərin nəzərinə: saat 20:30-dan sonra festivala daxil ola
biləcəksiniz.

Trend
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbəbr verir
ki, 28 may tarixi üzrə “TEKNOFEST Azərbaycan” Aerokosmik və
Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində
möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa
çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın
keçirildiyi əraziyə daxil ola biləcəklər.

Teqlər: