Yaponiyada naməlum mənşəli hepatitə yoluxanların sayı artır

Yaponiyada 7 uşaqda naməlum mənşəli hepatit aşkar edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə, Əmək və
Rifah Nazirliyi bildirib.

Qeyd olunur ki, xəstəliyə tutulan uşaqların yaşı 16-dan
aşağıdır.

Bu günədək Yaponiyada naməlum mənşəli hepatit 31 nəfərdə aşkar
edilib. İlk dəfə xəstəlik ölkədə aprelin 25-də qeydə alınmışdı.

Ümumiyyətlə, dünyada bu günədək 31 ölkədə 610 nəfərdə naməlum
mənşəli hepatit aşkar edilib.