Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 125,91
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 124,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
81,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə
müqayisədə 0,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 119,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
0,98 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: