“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir

“Baku Crystal Hall” və Dənizkənarı bulvar 4 gün boyunca
TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalını canlı izləmək
istəyən ziyarətçilərə zəngin proqram və maraqlı müsabiqələr vəd
edir.

Trend xəbər
verir ki, 26-29 mayda Bakıda keçiriləcək regionun ən böyük tədbiri
olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək
istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır. İştirak
üçün https://iticket.az/events/teknofest
elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək bilet əldə etmək
tələb olunur.

Qeyd edək ki, festivala giriş biletinin əldə olunması hər bir
Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir. 4 gün boyunca
davam edəcək festivalda bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet
əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində
qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.

Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi
və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVID-19
sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri
canlı izləmək üçün mütləq qaydada COVID-19 vaksin və ya immunitet
sertifikatı təqdim edilməlidir.

Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir.
7 yaşdan yuxarı olan uşaqların girişi üçün bilet tələb
olunacaq.

Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda
qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz
bilet əldə edə biləcəklər.

Tədbir zamanı 28 May metrostansiyasının yaxınlığından tədbirin
keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə
09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq.
Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC
yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.

Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Park Inn”
oteli, “İnterContinental” oteli, “Courtyard by Marriot Baku” oteli,
Atletlər kəndi, 28 May metrostansiyası və Dövlət Bayrağı Meydanı
ünvanlarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Taksi
Xidmətinin dayanacaqları fəaliyyət göstərəcək.

Əlavə məlumat əldə etmək üçün: +994 12 493 33 77.

İticket.az dəstək xidməti : [email protected], teknofest.az.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: