İranda daha 13 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 655 nəfər koronavirusa (COVID-19)
yoluxub, 13 nəfər ölüb.

Trend-in
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 096 nəfərə,
yoluxanların sayı isə 7 232 308 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 001 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 986 516 nəfər koronavirusdan sağalıb, 51,1
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 149 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,3 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,5 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 27 milyon təşkil
edir.

Teqlər: