Bədii gimnastlarımız Polşada iki medal qazanıblar (FOTO)

Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada
keçirilmiş beynəlxalq “XIV Inna Cup” turnirində iki medal
qazanıblar.

Trend
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla
xəbər verir ki, çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında
qızıl medala sahib olub.

İlona Zeynalova isə böyüklər arasında gümüş medala
yiyələnib.

Teqlər: