Təhsil nazirliyi “Şuşa ili” ilə bağlı fəaliyyət planı hazırlayıb – Mehriban Vəliyeva

Təhsil nazirliyi “Şuşa ili” ilə bağlı müvafiq əmr və fəaliyyət
planı hazırlayıb.


Trend
-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, bu il Azərbaycanın Prezidenti İlham Əliyevin
sərəncamı ilə “Şuşa ili” elan olunub. Azərbaycanın mədəniyyət
beşiyi olan Şuşanın təbliği baxımından bunun çox böyük əhəmiyyəti
var.

“Təhsil nazirliyi bu istiqamətdə müvafiq əmr və fəaliyyət planı
hazırlayıb. Eyni zamanda Bakı Şəhər üzrə Təhsil İdarəsində də icra
üçün müvafiq əmr və faəliyyət istiqamətləri üzrə bir işçi fəaliyyət
planı hazırlanıb. Artıq məkətblərdə “Şuşa ili” ilə bağlı müxtəlif
tədbirlər keçirilir. Bakı Şəhər üzrə Təhsil İdarəsin də müvafiq
istiqamətlər müxtəlif səpkidə müsabiqələr yarışlar keçirilməsini
nəzərdə tutur”, – deyə o əlavə edib.

Teqlər: