TƏBİB-in Aparat rəhbəri işdən çıxarılıb, vəzifə ləğv edilib

Xəbər - Samir Əli – Trend:

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi
şəxsin (TƏBİB) Aparat rəhbəri vəzifəsi ləğv edilib.

TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr
imzalayıb.


Əmrə əsasən TƏBİB-də struktur dəyişikliyi edilib. TƏBİB-in
Aparat rəhbəri vəzifəsində çalışan Gündüz Əbdülov qurumda başqa
vəzifəyə təyin edilməyib.

Teqlər: