ADU-da Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan beynəlxalq simpozium keçiriləcək

6-8 may tarixlərində Azərbaycan Dillər Universitetinin və Bakı
Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə
təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa
və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı
beynəlxalq simpozium keçiriləcək.

Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə
nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin
azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni
bir istiqamətin – mədəniyyət transferi sahəsinin yaranmasına
gətirməsi təşkil edir.

Simpozium üçün təklif olunan mövzular aşağıdakılardı:

Post-Sovet dövründə Azərbaycan-Avropa əlaqələri yeni kontekstdə:
“Heydər Əliyev və multikulturalizm”

Eposlar və epik şeirlər: “Kitabi-Dədə Qorqud” dastanının; Nizami
yaradıcılığının; Şota Rustavelinin “Pələng dərisi geyinmiş
pəhləvan“ dastanının almandilli ölkələrdə resepsiyası; “Nibelunqlar
nəğməsi və onun Qafqazda interpretasiyası.” Şərq və Qərb
nağıllarında (əsasən heyvanlar haqqında olan nağıllar) paralellər
və kəsişmələr.

Səyahətnamələr xalqların tanışlığı üçün vasitə kimi: Johannes
Schiltberger: “Osmanlı İmperatorluğunda bir kölə olaraq”
(1394-1427), Fridrix Martin von Bodenştedt: “Şərqdə min bir gün”
(1850), Melanie Krebs “Bakıdan Batumiyə. Əsəd bəy ilə Qafqaz
səyahəti” (2018) və s.

Ədəbiyyatda didaktik janrlar: “Barlaam və Josaphat, tərcümələr
vasitəsilə Avropaya mübadiləsi.”

“Friedrich Martin von Bodenştedt (1819-1892) tərəfindən Qafqaz
ədəbiyyatının almancaya tərcümələri.” “Almandilli ədəbiyyat və
Qafqaz. ““Bədii tərcümə və transmilli proseslər.“

Mədəniyyət miqrasiyası prosesləri və nümunələri: “Almanların
Azərbaycanda məskunlaşması və üzümçülük” Alman sənayəçiləri
Azərbaycanda. Alman memarları Azərbaycanda. Qərbi-xristian adətləri
Gürcüstanda; “Ədəbi və mədəni mübadilə şəbəkəsində faktor olan
fərdi şəxslər (Əsəd bəy, Qurban Səid təxəllüslü almandilli yazıçı –
Lev Nussimbaum və ya Y.V. Çəmənzəminli) nümunəsində.”

Qeyd edək ki, simpozium təklif olunan mövzularla kifayətlənmir,
eyni zamanda bu mövzulara aid və ya yaxın mövzular üzrə məruzə
təklifləri qəbul olunur. Bütün mövzular toplandıqdan sonra onlar
bölmələrə ayrılacaq və simpoziumun proqramı hazırlanacaq.

Simpoziumda iştirak etmək üçün aşağıdakı müraciət formasını,
məruzənin adını, 150 sözdən artıq olmadan tezis və 5-7 açar sözlə
birgə Word formatında 10 mart 2022-ci il tarixinə qədər aşağıdakı
E-mail ünvanlarına göndərmək xahiş olunur:
[email protected]
[email protected]

Tezislərin qəbul olunub-olunmaması haqqında müəlliflərə 31 mart
tarixinə qədər məlumat veriləcək. Simpoziumun proqramında hər
bölmədə 20 dəqiqədən çox olmayaraq 4-6 məruzə, hər məruzə üçün 10
dəqiqəlik müzakirə nəzərdə tutulur.

Simpozium bitdikdən sonra məruzələrin məqalə formatında nəşr
olunması da planlaşdırılır. Simpoziumun işçi dili – Azərbaycan,
alman, ingilis və rus dilləridir.

Teqlər: