Hindistan Azərbaycan bazarında mobil telefon satmağı planlaşdırır

Xəbər - Maryana Əhmədova – Trend:

Biz Azərbaycan bazarında Hindistan məhsullarının çeşidini
artırmağı planlaşdırırıq.

Trend-in
məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq
Vanlalvavna Azərbaycan-Hindistan işgüzar görüşü zamanı deyib.

“Hindistan uzun müddətdir ki, Azərbaycan bazarında mövcuddur,
amma biz Hindistan məhsullarının çeşidini artırmaq istərdik”, –
deyə səfir bildirib.

Onun sözlərinə görə, Hindistan Azərbaycan bazarına informasiya
texnologiyaları və elektron avadanlıqlar, mobil telefonlar təqdim
edə bilər.


Səfir əlavə edib ki, Azərbaycan Hindistan məhsulları üçün vacib
bazarlardan biridir.

“2021-ci ildə Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi
2020-ci illə müqayisədə 27 faiz artıb. Bu isə iki ölkə arasında sıx
əməkdaşlığın olduğunu göstərir”, – B.Vanlalvavna deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: