TAP və “EXA Infrastructure” yeni fiber-optik marşrutun tikintisi üçün birgə müəssisə yaradacaq

Avropa və Şimali Amerikanı birləşdirən iri rəqəmsal
infrastruktur olan “EXA Infrastructure” Trans-Adriatik qaz kəməri
(TAP) konsorsiumu ilə yeni fiber-optik marşrutun tikintisi üzrə
birgə müəssisənin yaradılması ilə bağlı əməkdaşlıq memorandumu
imzalayıb.

Trend bu barədə
TAP AG konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunur ki, birgə müəssisə artıq TAP-ın 878 kilometrlik
marşrutu boyunca quraşdırılmış fiber-optik kabeldən istifadə edərək
Cənub-Şərqi və Qərbi Avropa arasında yeganə birbaşa əlaqəni
yaradacaq.

Yeni sistemin 2023-cü ilin birinci rübündə istismara verilməsi
planlaşdırılır.

Yeni fiber-optik marşrut sayəsində EXA-ya məxsus şəbəkə
infrastrukturunda Marseldən İstanbuladək birbaşa əlaqə
qurulacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: