İndiyə qədər Qarabağda tapılan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı indiyə
qədər aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, 2020-ci il
noyabrın 10-dan 2022-ci il aprelin 30-dək Tərtər, Ağdam, Füzuli,
Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə
əməliyyatları zamanı piyada əleyhinə 11009, tank əleyhinə 5444 mina
və 15020 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 9,568.1 hektar ərazi mina və partlamamış hərbi
sursatlardan təmizlənib.

Teqlər: