Tanınmış Misir rəssamının Azərbaycanda qadınlara həsr olunmuş sərgisi baş tutub (FOTO)

Ötən gün Misirin tanınmış rəssamı İnes Eissanın Xətai Sənət
Mərkəzində qadınlara həsr etdiyi sərgisi baş tutdu. Sərgidə
rəssamın qadınlara həsr etdiyi fəlsəfi ruhda çəkdiyi əsərləri
təqdim olundu.

AzerTimes xəbər verir ki, İness
Eissa çıxışında dünyanın hər yerində qadınların hisləri, duyğuları,
həyəcanları, təbəssümlərinin eyni olduğunu vurğuladı: “Din, dil,
irq fəqli olsa da, qadınlar eyni duyğuları və eyni hisləri daşıyır.
Mən də bu sərgidə qadınların iç dünyasına səyahət etdim. Onları
əslində göründüyü kimi deyil də, olduqları kimi əks etdirməyə
çalışdım. Sərgidə müxtəlif obrazda qadınlara rast gəlmək
mümkündür.

Azərbaycan və Misir qadınının müdrikliyi, fədakarlıq və
qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın
ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və
təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımızın
misilsiz xidmətlər var. Hesab edirəm ki, bu ülvi varlıq hər bir
rəssamın yaradıcılığında ilham mənbəyi olamlıdır”.

Srgidə iştirak edən Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan
Əliyev əsərlərlə tanış olduğunu, hər birində ülvi hislərin öz
əksini tapdığını vurğuladı: “Bir xanımın qadınların ruhunu bu qədər
aydın və təmiz ifadə etməsi sevindirici haldır. Burada çox maraqlı
əsərlərin şahidi oldum. Qadın ruhunun bu qədər həssas və fəlsəfi
şəkildə təsviri bizləri sevindirir. İness istedadlı və fəlsəfi
düşüncələri özündə, yaradıcılığında əks etdirməyi bacaran xanımdır.
O, sənəti sevir, sevərək əsərlər yadır”.

İnessin ekspozisiyasına daxil olan əsərləri yüksək
qiymətləndirən Xalq rəssamı Ağəli İbrahimov da qeyd etdi ki,
rəssamın əsərləri göz oxşayan və maraqlıdır: “Onun çəkdiyi qadın
tablolarında hər bir qadının ayrı bir hekayəsi var. Bu qadınların
hər biri ayrı kədəri özlərində ehtiva edirlər. Qadını hər gün
sevməlisən.
Elə bir bəstəkar, şair, musiqiçi, dramaturq, rəssam yoxdur ki,
qadın obrazında işləməsin. Elə götürək “Mono Liza” rəsm əsərini, bu
əsər dünyada ən bahalı əsərdir. Dünyada qiyməti olmayan bir əsl
əsər var, o da Mono Lizadır. Bu da qadın obrazıdır”.

Tədbirin sonunda İness Eissa Rəssamlıq ittifaqı tərəfindən iki
diplomla – “Fərdi sərgisi”, “Fəlsəfi düşüncələri əsərləri” nə görə
mükafatlandırıldı.

Teqlər: