Son 20 ildə Xəzərin səviyyəsinin düşməsi bizi çox narahat edir – Nazir

Şuşa. Trend:

Son 20 il ərzində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi
bizi çox narahat edir.

AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, burada iqlim dəyişmələri əsas faktordur.
“Ancaq digər faktorlar da var. tələbat artıb, əhali artıb, istehlak
artıb. Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı
formada idarə olunmasıdır. Vətəndaşlar da, istehlakçılar da suya
münasibətdə məsuliyyətli olmalıdır”, – deyə nazir bildirib.

Teqlər: