Suriya və İraqdan gətirilən 50-yə yaxın uşaq sosial müəssisələrə yerləşdirilib

Xəbər - Humay Ağacanova – Trend:

2018-ci ildən bu yana 358 repatrientə sosial reabilitasiya
xidmətləri göstərilib.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər
Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov
deyib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
üzərinə düşən vəzifə ölkəyə repatriasiya olunmuş uşaqlara və
valideynlərinə (analarına) ölkəyə gəldikdən sonra zəruri xidmətlər
göstərməkdir.

“Əsasən, Suriya, İraqda repatriasiya olunan uşaqlar və onların
valideynlərinə sosial xidmətlər göstərilib. Onların 340 nəfəri
uşaq, 18 nəfəri isə valideynləri olub. Ötən il ərzində isə 81 uşaq
repatriasiya olunub. Həmin uşaqlardan 49-u bizim Agentliyin
tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib. Onlar
mütəxəssislərin nəzarəti altındadır”, -deyə o əlavə edib.

Teqlər: