Azad edilmiş ərazilərdə narçılığın bərpası planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda bu gün 22,7 min hektar ərazidə nar əkilir, eləcə də
18 faiz sahədə intensiv bağlar salınıb.

Trend-in məlumatına görə, bunu Nar
İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad
Qaraşov “Post-pandemiya dövründə iqtisadi artımın
sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ
fəaliyyəti” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində
narçılığı bərpa etmək planlaşdırılır.

“2021-ci ildə nar istehsalı 2016-cı illə müqayisədə 22 faiz
artaraq 185 min tona çatıb. Bu müddət ərzində biz 25 min dollar
məbləğində nar ixrac etmişik. Gələcəkdə nar ixracını məbləğ
baxımından artırmaq planlaşdırılır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)