Rusiyada koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 180 071 nəfər koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, 18 mindən çox şəxs isə xəstəxanaya
yerləşdirilib.

Əvvəlki gün 180 622 nəfərin yoluxması qeydə alınmışdı. Bu
günədək ölkədə koronavirusa yoluxanların sayı 15,02 milyonu
ötüb.

Eyni zamanda, son sutkada 784 nəfər həyatını itirib. Bir gün
əvvəl ölənlərin sayı 790 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 343 957 nəfərə
çatıb.