Sumqayıtda zavodda partlayış olub, ölən var

Sumqayıtda zavodda partlayış olub.
Sumqayıt şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən
metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan
Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən
xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil
olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov
zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması
nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və
çatdırıldığı xəstəxanada ölmüşdür.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma
aparılır.

Teqlər: