Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsi fəaliyyətini bərpa edib

Uzun müddət COVID-19 virusuna yoluxaraq vəziyyəti ağırlaşan
hamilə və zahı qadınlara (ölkə üzrə) xidmət göstərən Kliniki Tibbi
Mərkəzin (KTM) Doğum-Ginekologiya şöbəsi artıq digər şöbələr kimi
adi qaydada fəaliyyətini bərpa edib.

Bu barədə AzerTimes-a KTM-dən məlumat verilib.

Qeyd olunub ki, Doğum-Ginekologiya şöbəsi Mərkəzin II korpusunda
yerləşir. Şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7
tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla, ümumilikdə 88 tibb
personalı xidmət göstərir.

Təkcə paytaxt deyil, ölkəmizin dörd bir tərəfindən hamilə və
zahı qadınlar bura müraciət edərək icbari tibbi sığorta
çərçivəsində Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən
ödənişsiz yararlana bilərlər.

Teqlər: