Bakıda 82 yaşlı qadını maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə metronun “Koroğlu”
stansiyasının yaxınlığında baş verib.

1982-ci il təvəllüdlü Sənan Soltanov idarə etdiyi “Saipa”
markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1940-cı il
təvəllüdlü Svetlana Abramovanı vurub.

Yaralı ağır xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına
çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: