Sumqayıtda partlayış nəticəsində bir nəfərin öldüyü zavod “Azmet” QSC-nin olub (ƏLAVƏ OLUNUB)

Xəbər verdiyimiz kimi, Sumqayıtda zavodda partlayış olub, bir
nəfər ölüb.

Trend xəbər verir ki, hadisə mayın 4-ü saat 15 radələrində
Sumqayıt şəhərində TUQ zavodunun ərazisində yerləşən “Azmet”
QSC-nin istismarında olan metaləritmə zavodunda baş verib.

Verilən məlumata görə işçilərdən biri zavodda qaynaq işləri
görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif
dərəcəli bədən xəsarətləri alıb və aldığı xəsarətlərindən dünyasını
dəyişib.

XXX
Saat:09.54

Sumqayıtda zavodda partlayış olub.

Sumqayıt şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən
metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan
Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən
xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil
olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan
Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun
partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və
çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma
aparılır.

Teqlər: