AÇG-dən SOCAR-a səmt qazının tədarükü artıb

2022-ci ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG)
yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən
Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu
vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1
milyard kubmetr səmt qazı təhvil verilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq
məqsədilə yenidən kollektora vurulub.

2021-ci ilin birinci rübündə bu göstərici 11,6 milyon kubmetr
təşkil edirdi. Beləliklə, il ərzində AÇG-dən səmt qazının təhvil
verilməsi 3,4 faiz artıb.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp
(30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor
(7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC
Videş (2,31%)

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: