Sumqayıt TKQ rəisinin saxlanılması xəbəri həqiqəti əks etdirmir – Aztelekom

“Aztelekom” MMC bildirir ki, Sumqayıt Telekommunikasiya
Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs
olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Trend xəbər verir ki, bu “Aztelekom” MMC-nin rəsmi “Facebook”
səhifəsində yerləşdirilmiş paylaşımda qeyd olunur.


Bildirilir ki, hazırda audit planına uyğun olaraq “Aztelekom”
MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil
olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.

Teqlər: