Ukraynanın şərqində atəş nəticəsində iki hərbçi həlak olub, dörd nəfər yaralanıb

Ukraynanın şərqində Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində
açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dördü isə
yaralanıb.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin mətbuat
xidməti “Facebook” hesabında məlumat yayıb.

“Açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dörd
hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və tibb
müəssisələrindədir”, – deyə gündəlik hesabatda bildirilir.


Birləşmiş Qüvvələrin komandanlığı həlak olanların ailələrinə və
yaxınlarına başsağlığı verib.