Masallıda ictimai yerlərdə 2 koronavirus xəstəsi aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq
tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq
yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar
edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Masallı rayon sakinləri R.Həşimov və
R.Həsənova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə,
ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan
qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri
tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin
şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və
yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi
prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Teqlər: