Sülh bizim üçün çox vacibdir – BMT-nin rezident əlaqələndiricisi

Sülh bizim üçün çox vacibdir. Qadınlar olan yerdə sülh daha
möhkəm olur.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən Azərbaycanda
Qadın, sülh və təhlükəsizlik üzrə Birinci Milli Forumda deyib.

O bildirib ki, Azərbaycan epidemiyadan və münaqişədən çıxmış bir
ölkədir.

“Burada vacibdir ki, qadınlar sülhün bərqərar olmasında və
cəmiyyətin inkişaf etdirilməsində aktiv rol oynasın.

Azərbaycanda BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin
Milli Fəaliyyət Planının hazırlanmasına böyük güc sərf ediblər.
Dövlət qurumlarının və ictimai qurumların dəstəyi ilə bu fəaliyyət
aktivləşib və ümid edirik ki, bütün bu səylərin nəticəsində hökumət
bunu qəbul edəcək. BMT Azərbaycanda qadınlar və sülh məsələlərinə
hər zaman dəstək verəcək”, – deyə o bildirib.

Teqlər: