MEDİA-nın “ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarlar başa çatıb

11 may tarixində Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA
Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu
çərçivəsində dövlət sektorunda fəaliyyət göstərən qurumların
mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul
əməkdaşları üçün təşkil edilən “Media və kommunikasiya siyasəti
medianın gözü ilə” mövzusunda silsilə seminarların bağlanış
mərasimi keçirilib. Seminarları uğurla bitirən 40 iştirakçıya
sertifikatlar təqdim edilib.

Trend xəbər verir ki, iki həftə davam edən silsilə seminarlarda
yerli və xarici mütəxəssislər tərəfindən media ilə əlaqələrin
qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə
işlənilməsi, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq
daha keyfiyyətli ictimai məzmunun yaradılması mövzularında
çıxışlar, interaktiv müzakirə sessiyaları təşkil olunub.

Seminarların bağlanış mərasimində iştirakçılar təəsüratlarını
bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı
olacağını bildiriblər.

Qeyd olunan seminarlar ötən il ərzində dövlət qurumlarının media
subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı
kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir
media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha
səmərəli qurulması məqsədilə mətbuat katibləri üçün ADA
Universiteti ilə birgə təşkil edilən silsilə seminar və təlimlərdən
əldə edilən uğurlu təcrübəyə əsaslanaraq həyata keçirilib.

Teqlər: