Stomatoloqlar üçün “İngiliscə-Azərbaycanca-Rusca izahlı lüğət”in təqdimat mərasimi keçiriləcək

Bakı Kitab Mərkəzində Azərbaycan Tibb Universitetinin professoru
Çingiz Rəhimovun tərtib etdiyi Stomatoloqlar üçün “İngiliscə-Azərbaycanca-Rusca izahlı lüğət”in təqdimat mərasimi
keçiriləcək.

AzerTimes-ın məlumatına görə,
təqdimatın təşkilatçıları Azərbaycan Tibb Universiteti rektoru
yanında İctimai Nəzarət və Məsləhət Şurası və Azərbaycan Ağız və
Üz-Çənə cərrahları cəmiyyətidir.

Tədbir 26 may saat 16.30-da Bakı Kitab Mərkəzində baş
tutacaq.

Teqlər: