Bakıda sərnişin avtobuslarında cibgirlik

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində
paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum
olunmuş Qurban Mehtiyev tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, araşdırma
zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil
telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum
olub.

Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin
digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat
tədbirləri davam etdirilir. Qurban Mehtiyevin əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102”
Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifələrinə məlumat verə bilərlər.

Teqlər: