Gürcüstan Azərbaycanla quru sərhədlərinin açılmasını nəzərdən keçirir

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin
açılması məsələsini nəzərdən keçirir.

Trend bu barədə
Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

“Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava
nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyət ləğv
edilib. Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu
istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır”, – Gürcüstan
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin
açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə
olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: