Şri-Lankada etiraz aksiyalarında 1 nəfər ölüb, 200-dən çox şəxs yaralanıb

Şri-Lankada baş vermiş kütləvi etiraz aksiyalarında bir polis
əməkdaşı həlak olub, 200-dən çox şəxs yaralanıb.

Trend-in
məlumatına görə, polis əməkdaşı yanında gözyaşardıcı qumbaranın
partlamasından sonra xəstəxanada həyatını itirib.

Qeyd olunur ki, aksiyalarda xəsarət alanların sayı 210 nəfərə
çatıb.

Xatırladaq ki, Şri-Lankada etiraz aksiyaları ötən gün baş nazir
Mahinda Racapaksanın istefa verməsindən sonra başlayıb. Hökumətin
istefası Şri-Lankada davam edən dərin iqtisadi böhran fonunda baş
verib.

Ölkədə komendant saatının müddəti mayın 11-dək uzadılıb.