Son 4 gündə paytaxtın bulvar ərazisində bulvarda itkin düşən 35 uşaq tapılıb – DİN

Son 2 gündə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən
yayınaraq itkin düşən 17 uşaq tapılıb.

Trend xəbər
verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin
KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad
Hacıyev deyib.

Onun sözlərinə görə, itkin üşaqlar post patrul xidmətinin
əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Ümumilikdə isə son 4 gündə itkin düşən 35 uşaq tapılaraq
ailəsinə qaytarılıb.

Teqlər: