Somalinin mərkəzində terrorçu-kamikadzenin hücumu nəticəsində azı 13 nəfər ölüb

Somalinin mərkəzində paytaxt Moqadişudan 340 km şimalda yerləşən
Beledveyn şəhərində terroçu-kamikadzenin yerli rəsmilər və
siyasətçilərin olduğu restoranda partlayıcı qurğunu işə salması
nəticəsində azı 13 nəfər həlak olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yerli polis daha
20 nəfərin yaralandığını bildirib. Hökumət rəsmiləri restorana
hücumun kamikadze tərəfindən törədildiyini təsdiqləsələr də,
ölənlərin sayını açıqlamayıblar.

Hücum şəhərdə planlaşdırılan seçkilər ərəfəsində baş verib.
İlkin ehtimala görə, əsas hədəf siyasətçilər və yerli rəsmilər
olub.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” təşkilatı öz üzərinə
götürüb.