ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-ın Florida ştatında Mayami-Biç çimərliyi yaxınlığında
helikopter okeana düşüb.

Trend xəbər verir ki, bu barədə ştat polisi “Twitter”-də məlumat
verib.

Bildirilir ki, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar
xəstəxanaya çatdırılıblar, hazırda vəziyyətləri stabildir.


Qəzanın səbəbləri barədə məlumat verilmir.

Çimərlik ərazisi müvafiq qurumların fəaliyyətini təmin etmək
məqsədiylə qapanıb.