SOCAR yeraltı qaz anbarlarının həcmini açıqlayıb

Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı
qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır.
SOCAR-ın da Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı
mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə
bərabərdir.

Bu barədə SOCAR-dan AzerTimes-a bildirilib.


“Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu
diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30%-i
nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Azərbaycan qaz
anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir.
Hazırda yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə
çatdırılması istiqamətində işlər aparılır”, – məlumatda
deyilir.

Teqlər: