“Ethnosport” forumunu Bakıda keçirmək bizim üçün çox xoşdur – Bilal Ərdoğan

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanla “bir millət iki dövlət” anlayışına sahib olduğumuz
üçün bu gün forumu Bakıda keçirmək bizim üçün çox xoşdur.

AzerTimes-ın
məlumatına görə, bunu “Ethnosport” forumunda Dünya Etnoidman
Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.

O qeyd edib ki, bu forumun məqsədlərindən biri insanlıq arasında
körpü yaratmaqdır.

“Keçmiş ənənələrimizi qorumaq, saxlamaq insanlıq üçün çox
əhəmiyyətlidir. Hər cəmiyyətin adət-ənənəsi çox dəyərlidir.
Düşünürəm ki, adət-ənənələr dünyanın fərqli rəngləridir və rəngli
bir dünya hər zaman daha yaxşı seçim olub. İnanıram ki, bu sayədə
güclü sülh içində gələcək quracağıq”, – deyə o qeyd edib.

Teqlər: