Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycanın qadın qrupu təsnifatda dördüncü keçid yerində qərarlaşıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışları çərçivəsində 13-19 yaş kateqoriyasında
Azərbaycanı təmsil edən qadın qrupu temp hərəkətlərini nümayiş
etdirib.

Trend-in
məlumatına görə, Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə
Məmmədzadədən ibarət qrup 26,870 xal yığaraq dördüncü keçid yerində
qərarlaşıb.

Sabah onlar balans hərəkətləri nümayiş etdirəcəklər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: